Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

Gürcüstanda DİN əməkdaşları həbs edilib


Gürcüstan Daxili İşlər Nazirliyinin daha bir neçə yüksək rütbəli əməkdaşı həbs olunub.

Noyabrın 16-da baş prokurorluq bildirib ki, həbs olunanların sayı 12 nəfərə çatıb. Noyabrın 13-də 9 nəfər həbs edilmişdi.

Saxlananların 11 nəfəri Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşıdır. Onların arasında departamentin rəhbəri Levan Kardava da var.

Prokurorluq deyib ki, həbslə bağlı ittihamların detalları elan ediləcək.

Kardavanın vəkili bir neçə gün əvvəl jurnalistlərə deyib ki, rəsmilər vəzifədən sui-istifadə etmək və azadlığı qeyri-qanuni məhdudlaşdırmada ittiham olunurlar.

Ötən həftə təhqiqatçılar Gürcüstanın keçmiş daxili işlər naziri, silahlı qüvvələri rəhbəri və

Gürcü Ordusunun briqadir komandirinə qarşı araşdırmalara başlayıblar.
XS
SM
MD
LG