Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:51

"Sepah"la əməkdaşlıqda ittiham olunan 4 nəfərin məhkəməsi olub


İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Mohamad Ali Jafari

İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Mohamad Ali Jafari

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2012-ci il Eurovision mahnı müsabiqəsi ərəfəsində Bakıda terror aktı törətməyi planlaşdıran 4 nəfərin məhkəməsi olub.

İstintaqın gəldiyi nəticəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ilə əlbir olan Kamal Rəcəbov, Rəşad Şahbazov, Rəcəb Abbasov və Afiq Allahverdiyev müsabiqə ərəfəsində Bakının müxtəlif yerlərində partlayış törətməyi planlaşdırırmışlar.

Day.Az-ın məlumatına görə, onlardan biri Kamal Rəcəbov SEPAH-la əməkdaşlıq etdiyini boynuna alıb.

Həmçinin digər 3 müttəhim günahlarını qismən boyunlarına alıblar.
Növbəti məhkəmə prosesi noyabrın 19-a təyin edilib.

Onlar 2012-ci il Eurovision mahnı müsabiqəsinin ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi reyd zamanı saxlanıblar.

Ünumilikdə isə həmin vaxt nazirliyin Bakı, Sumqayıt, Gəncə, Qazax, Zaqatala, Şəki və Qubada keçirdiyi reydlərdə 40 şübhəli saxlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG