Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:09

BVF: Dünya bazarında neftin ucuzlaşması Azərbaycana da təsir edə bilər


Ahmed Masood
Ahmed Masood
-
«Azərbaycan neft gəlirlərindən effektiv istifadə etməklə 2009-cu ildə qlobal böhran sınağından yaxşı çıxıb».

Bunu noyabrın 15-də Azərbaycana səfərinin yekunlarına dair Bakıda keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin direktoru Ahmed Masood deyib.

Azərbaycanın hazırda neftin qiymətinin yüksək olmasından bəhrələndiyini deyən A.Masood rəsmi danışıqlarda Azərbaycan hökumətini ehtiyat tədbirləri görməyə çağırıb:

«Neftin qiymətinin aşağı düşməsi nəticəsində yarana biləcək şəraitə hazırlaşmağı məsləhət gördüm. Qlobal mənzərənin daha da pisləşə bilməsini qeyd etdim. Formalaşan bazar və inkişaf edən iqtisadiyyatlara qlobal risklərin mənfi təsir edə biləcəyi haqda xəbərdarlıq etdim».

Azərbaycan iqtisadiyyatın şaxələnməsinin vacib olduğunu bildirən Fond rəsmisinin fikrincə, məhz bu, neftdən asılılığı və onunla bağlı riskləri azalda bilər.

O, hazırda Azərbaycanda makroiqtisadi sabitliyin qorunduğunu, inflyasiyanın birrəqəmli olduğunu bildirib.
XS
SM
MD
LG