Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38
-
Noyabrın 15-də Milli Məclisin iclası zamanı deputat Etibar Hüseynov deputatlara qoyulan məhdudiyyətlərdən şikayətlənib.

Media Forum saytının məlumatına görə, Etibar Hüseynov deyib ki, parlamentdə deputatlara otaqlar ayrılıb, bu, yaxşı haldır. Ancaq o, internetin zəif olduğunu, sosial şəbəkələrə, «You Tube»a girişə qadağa qoyulduğunu vurğulayıb və buna etirazını bildirib:

«Bəzi qəzetlərin saytlarına girişə də qadağa qoyulub. Baxmayaraq ki, həmin qəzetlər parlamentin foyesində açıq satılır. Belə halları aradan qaldırmaq lazımdır».

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov saytlara, eləcə də «You Tube»a girişə qadağa məsələsini araşdıracağını söyləyib:

«Ancaq qəzetlərin saytlarına hər hansı qadağa yoxdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG