Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:56

Bir qrup şəxs Prezident Administrasiyası qarşısına aksiya keçirmək istəyib


-

Noyabrın 15-də «Ələsgəroğlu K» MMC tikinti şirkəti tərəfindən aldadıldıqlarını bildirən bir qrup payçı Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib.

Əllərində «Pullarımızın qaytarılmasına kömək edin» şüarı yazılmış plakatlar tutan zərərçəkənləri polis ərazidən uzaqlaşdırıb.

Bu zaman polislər və Administrasiyanın təhlükəsizlik xidmətinin əməkdaşları jurnalistlərin də fəaliyyətinə imkan verməyiblər. Ərazidə çəkiliş aparan «AzadlıqRadiosu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) və «Yeni Müsavat» qəzetinin əməkdaşlarının videokameraları əllərindən alınaraq, yaddaş kartları pozulub.

Yaşayış binası tikən «Ələsgəroğlu K» MMC 200-dən çox payçını aldadaraq, onların mənzillərə görə ödədikləri pulları mənimsəməkdə ittiham olunur.

Şirkət nümayəndəsi Əkbər Cəfərov isə AzadlıqRadiosuna müsahibəsində ittihamları rədd edib. Bildirib ki, onlar payçılara başqa yerlərdən mənzil və ödədikləri pulları qaytarmağı təklif etsələr də onlar bundan imtina ediblər.

«Payçılar bizdən ödədikləri pulun 5 qatını istəyirlər. Biz isə bununla həm razı deyilik, həm də ödəməyə o qədər pulumuz yoxdur».

Şirkətin direktoru Kazım Kazımzadə bir neçə ay əvvəl həbs edilib.
XS
SM
MD
LG