Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

«Naxçıvanın mehmanxana təsərrüfatı və qonaqpərvərlik sənayesi»


Arxiv foto
Arxiv foto
-



Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 20 iyul 2012. sayı: 135 (20.540)

BİRİNCİ YARIM İLİN GÖSTƏRİCİLƏRİ QƏNAƏTBƏXŞDİR

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Şərur Rayon Şöbəsinin cari ilin 6 ayında 2 milyon 230 min manat əvəzinə 2 milyon 660 min 788 manat məcburi dövlət sığorta haqqı yığmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 226 min 504 manat, yaxud 9,3 faiz çoxdur.

Büdcə təşkilatları 1 milyon 721 min 226 manat, yəni proqnoz tapşırığın 11 faizi qədər vəsait toplamışdır. Qeyri-büdcə təşkilatlarından yığılmış vəsaitin isə 939 min 561 manatı, yaxud əvvəlcədən proqnozlaşdırılmış məbləğin 130,3 faizi həcmində olmuşdur. Özəl müəssisələrdən, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının yığılmasında da artım qeydə alınmışdır. Belə ki, özəl müəssisələrdən toplanan vəsait ötən ilin eyni dövrünə nisbətən 17,5 faiz, fiziki şəxslərdən yığılmış pul 9,8 faiz, torpaq mülkiyyətçilərinin ödədikləri məcburi dövlət sosial sığorta haqqı 4,5 faiz artmışdır.

MEHMANXANA TƏSƏRRÜFATI VƏ MÜASİR TURİZM SƏNAYESİ

Mehmanxana təsərrüfatı, turizm dili ilə desək, qonaqpərvərlik sənayesi turizmin təşkilinin açar mövqeyi olub, həm turistlərin onlara göstərilən xidmətlərə münasibətinin, həm də sahənin gəlirlərinin formalaşdırıldığı əsas xidmət obyektidir. Sadə yataqxanada beşulduzlu otellərə qədər bütün mehmanxanalar turistlərin gəldikləri ölkə və regionda müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulub. Təyinata görə mehmanxanalar müxtəlif məqsədli olsalar da, burada göstərilən xidmətlər öz mahiyyətinə görə gələn qonaqların – turistlərin tələbatlarının ödənilməsindən ibarətdir...

Təkcə bir faktı göstərmək lazımdır ki, istər ölkəmiz miqyasında, istərsə də Naxçıvan Muxtar Respublikasında gələn turistlərin sayı artıq kifayət qədər olduğu halda, turizmin ən mühüm göstəricisi – turizm gəlirlərindən hələ də lazımi nəticə əldə edilməyib. Halbuki muxtar respublikamızda mövcud olan turizm ehtiyatları və ümumi infrastruktur şəraiti regiona gələn turistlərin daha çox, ən azı bir həftədən artıq müddətə qalmasını təmin etməyə və bunla da onlara göstərilə biləcək xidmətlərlə gəlirlərin artırılmasına lazımi şərait yaradır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Gülüstana dönən sərhəd kəndi – Sədərək
- Bədii sözün qüdrətli nümayəndəsi
- Növbəti əmək yarmarkasının ünvanı Kəngərli rayonu olub
XS
SM
MD
LG