Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37

«Neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq»


Milli Məclis

Milli Məclis

-

Bunu noyabrın 15-də Milli Məclisdə 2013-cü il büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir büdcə layihəsində neftin 1 barrelinin 100 dollar olması barədə millət vəkillərinin narahatlığına münasibət bildirib. Samir Şərifov deyib ki, büdcədə gəlirlərin strukturu elə qurulub ki, bir qismi gömrük, vergi daxilolmaları və Neft Fondundan transferlər hesabına formalaşır:

«Büdcəyə Neft Fondundan transfer neft rəqəmləri ilə bağlı deyil. Vergi daxilolmaları isə qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq: Biz beynəlxalq vəziyyəti izləyirik və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər».

PREZİDENT TƏRƏFİNDƏN MÜVAFİQ ADDIMLAR ATILACAQ...
Zeynəb Xanlarova

Zeynəb Xanlarova


Samir Şərifov xalq artisti Zeynəb Xanlarovanın gələn ilin büdcəsinin müəllim, həkim və pensiyaçıların həyatında hansı dəyişikliklər yaradacağı ilə bağlı sualını da cavablandırılıb:

«Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən büdcədən maliyyələşənlərin əməkhaqqı və pensiyaları 11 dəfə artıb. Bu ənənə 2013-cü ildə də davam etdiriləcək və prezident tərəfindən müvafiq addımlar atılacaq: Azərbaycanda infrastruktur layihələr həyata keçirilir. Əsas amil təkcə büdcə sektorunda çalışanların əməkhaqqı ilə ölçülmür. İş şəraitinin, infrastrukturunun yaxşılaşdırılması lazımdır. Təhsil sahəsində məktəblərin tikilməsi, yenidən qurulması həyata keçirilir, 2012-ci ildə 450 məktəb və 109 uşaq bağçasında təmir işləri aparılıb. 250 məktəb və 81 bağça istifadəyə verilib. Rayonlarda da bu işlər görülür. Bu il 299 məktəb və 48 bağçada işlər davam etdirilib».

Samir Şərifov qeyd edib ki, büdcə layihəsində ölkənin bütün rayon və şəhərlərinin, o cümlədən Dağlıq Qarabağ və işğal olunmuş rayonlarla bağlı məsələlər əksini tapıb. Onun sözlərinə görə, müdafiə sahəsinə hər il müvafiq xərclər ayrılır: «Digər sahələrə gəlincə, büdcəmiz investisiya yönümlüdür. İnkişaf etmək istəyiriksə, buna vəsait ayırmalıyıq. Əsaslı xərclər büdcənin 45,8 faizini təşkil edir. Bu, Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetlərini göstərir. O cümlədən sosial xərclərdə də heç bir azalma baş verməyib».

«BİZDƏ 8 ŞAGİRDƏ 1 MÜƏLLİM DÜŞÜR»

Maliyyə naziri uşaq bağçalarına ayrılan vəsaitlərin artırıldığını və artırılmağa davam ediləcəyini bildirib. Eyni zamanda bu vəsaitlərin səmərəli xərclənməsinə nəzarətin artırılacağını da qeyd edib. O, dərs yükü ilə bağlı Təhsil Nazirliyinə hər hansı məhdudiyyət qoyulmadığını bildirib:

«Bu, uşaqların sayı ilə bağlıdır. Bizdə 8 şagirdə 1 müəllim düşür. Avropada 15-17 şagirdə 1 müəllim düşür. Müəllimlərin sayı çox olduğuna görə dərs yükü müəyyən nisbətdə bölüşdürülməlidir. Həm də xəstələrin, çarpayı sayının nisbəti məsələsi var. Bu sahələrdə də struktur islahatlar aparmalıyıq ki, xərclər daha səmərəli istifadə edilsin».

Abel Məhərrəmov

Abel Məhərrəmov

Maliyyə naziri BDU-nun rektoru Abel Məhərrəmovun ali təhsilə xərclərin azalması fikri ilə razılaşmayıb:

«Dövlət sifarişi ilə təhsil alan şagirdlərə daha çox vəsaitin ayrılması ilə bağlı prezident sərəncam imzalayıb. Təkcə dövlətə məxsus ali təhsil müəssisələrində deyil, özəl təhsil müəssisələrində də dövlət hesabına tələbələr təhsil ala biləcəklər. Keçən ildən başlayaraq büdcədən kənar xərclər həmin ali təhsil müəssisələrinin öz bank hesablarına daxil olur, dövlət büdcəsindən hesablanmır. Ali məktəblər bu vəsaitlərin də artıq onların sərəncamlarında olduğuna nəzərə alsınlar», deyə nazir bildirib.

2013-cü il büdcə layihəsinin Milli Məclisdə müzakirəsi başa çatıb. Bu barədə parlamentin spikeri Oqtay Əsədov məlumat verib.

O, növbəti iclasın noyabrın 31-də olacağını və bütövlükdə, büdcə zərfinə daxil olan sənədlərin həmin gün səsə qoyularaq qəbul ediləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG