Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34

Azərbaycanın iqtisadi inkişaf konsepsiyası hazırlanıb


«Azərbaycanın iqtisadi inkişaf konsepsiyası hazırlanıb. Maşınqayırma, kimya, metallurgiya, yüngül sənaye, turizm əsas sahələr kimi müəyyənləşdirilib».

Bunu noyabrın 15-də parlamentdəki çıxışı zamanı İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova deputatların suallarını cavablandırarkən deyib.

Nazir müavini deyib ki, konsepsiyada növbəti 10 ildə ümumdaxili məhsulun (ÜDM) həcmini 2 dəfədən çox artırmaq, adambaşına düşən gəlirin 13 min dollara çatdırmaq hədəfi qoyulub.

Sevinc Həsənova subsidiya mexanizminin təkmilləşdirildiyini bildirib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yeni subsiydiya sistemi hazırlayıb və bu, tətbiq olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG