Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:10

«İstirahət günlərinin sayına görə Azərbaycan yalnız İrandan geridə qalır»


Zahid Oruc
Zahid Oruc
-

Bunu deputat Zahid Oruc Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.

Azərbaycan vətəndaşlarının il ərzində 100-110 gün istirahət etdiyini bildirən deputat, istehsalat baxımından istirahət günlərinin bu qədər olmasının düzgün olmadığını deyib.

Deputat Mübariz Qurbanlı isə insanların istirahət günlərini onların əlindən almağın yolverilməz olduğunu deyib. Bazar gününə düşən bayram günlərinin növbəti iş günlərinə keçirilməsini də «düzgün addım» adlandırıb.

Millət vəkili Arif Rəhimzadə isə deyib ki, Fondun rəhbəri Səlim Müslümova müraciət edərək, əmək pensiyalarının verilməsi işinin «KapitalBank»dan alınmasını təklif edib.

O, bunu adı çəkilən qurumun bankomatlarının kifayət qədər olmaması ilə əlaqələndirib.

İranda qeyri-iş günlərinin sayı 118-dir. İranın Bakıdakı səfirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, bunun 22 günü əlamətdar hadisələrlə bağlı və rəsmi səviyyədə qeyd olunan günlərdir. Həftəsonu istirahət günlərinin sayı isə 96 gündür. İranda həftənin cümə axşamı və cümə günləri qeyri-iş günləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG