Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36
-

Azərbaycanın futbol millisi İrlandiya millisi ilə görüşdə əvvəlcə 35-40 metrdən qol vurub, sonuncu dəqiqədə cavab topu buraxıb.

Britaniya mediası, ələlxüsus da futbol mediası öz komandalarının uğursuzluğundan «konfet düzəltməyi» bacarır.

Britaniyalılar öz futbol komandalarına qarşı tənqidi qəbul etmirlər. Yəni bu məsələdə tolerant deyillər.

Əgər ölkənin bir vaxtlar ən məşhur bulvar qəzeti olan «Sun» (artıq çıxmır) İngiltərə yığmasının Almaniya yığması üzərində qələbəsini İkinci Dünya Müharibəsində Hamburqun bombardmanına bənzədirsə, bundan daha böyük zövqsüzlük tapmaq çətindir.

«ŞƏRƏFSiZ HEÇ-HEÇƏ»

Futbol üzrə dünya çempionatının seçmə oyunlarında Azərbaycan millisi ilə oyun Şimali İrlandiyanı eyni dərəcədə əsəbiləşdirib.

Komandanın kapitanı Steven Davis deyib ki, onlar bu oyunda bundan artığına layiq idilər.

«The Guardian» qəzeti yazır ki, Azərbaycanla heç-heçə Şimali İrlandiyanın F qrupundakı şanslarına böyük zərbə vurub.

Arxiv foto: Portuqaliyalı oyunçu Joao Moutinho (qırmızıda)

Arxiv foto: Portuqaliyalı oyunçu Joao Moutinho (qırmızıda)

Elə bir zərbə ki, bunu hətta Portuqaliya yığması ilə «qəhrəman heç-heçə» də sığortalaya bilməz.

Belə nəticəyə gəlmək olar ki, beynəlxalq yarışlarda əsasən ən böyük uğuru heç-heçələr olan Şimali İrlandiya heç-heçələri «şərəfli» və «şərəfsiz» kateqoriyasına bölür.

Bu mənada onun Azərbaycan yığması ilə heç-heçəsi «şərəfsiz heç-heçə» sayılmalıdır.

Bu «şərəfsiz heç-heçə» Şimali İrlandiya millisini çətin vəziyyətdə qoyub.

ŞİMALİ İRLANDİYAYA AZƏRBAYCANDAN AĞIR ZƏRBƏ

Komandanın kapitanı Davis deyir ki, «əgər bu axşam qalib gəlsəydik, öz meydançamızda keçiriləcək üç növbəti oyun bizə ümid verərdi, lakin bugünkü nəticə bizə ağır zərbədir».

AFP agentliyi isə, Britaniya mətbuatının dilə gətirməkdən qorxduğu həqiqəti açıq yazır:

«Şimali İrlandiyanın 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etmək arzusuna çərşənbə günü Azərbaycanla oyunda son qoyulub».

Şimali İrlandiya millisinin baş məşqçisi O'Neill deyib ki, Rauf Əliyevin vurduğu ilk qol bizim planlarımıza daxil deyildi.

Azərbaycanlı futbol azarkeşi

Azərbaycanlı futbol azarkeşi

Komandasının son dəqiqələrdə «ölüm-dirim» savaşına girdiyindən söz açan məşqçi, oyunun ikinci hissəsində, yeri gəlmişkən, hər iki komandaya aid olan «sarı kart yağışında» da Azərbaycanı günahlandırır.

134-CÜ YERDƏ OLAN AZƏRBAYCAN...

Şimali İrlandiya – Azərbaycan matçından yazan başqa bir Britaniya saytı – goal.com isə lap gül vurub:

«Dünya futbol reytinqində 134-cü yeri tutan bir ölkə ilə heç-heçə oynamaq itirilmiş imkandır».

Paradoksal olan budur ki, həmin reytinqdə bu ilin sentyabrında Şimali İrlandiya 129-cu yerdə olub.

Lakin Britaniyanın futbol mediası kimi düşünsək, bəzi hallarda 129-cu yer, 134-cü yerdən daha «şərəfli» hesab oluna bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG