Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49

Dövlət Neft Fondu qızıl ehtiyatlarını Bakıya gətirəcək


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) London birjasında aldığı qızıl külçələrinin ilk partiyasını ilin sonunadək Azərbaycana gətirməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş. Mövsümov alınmış qızıl ehtiyatının 1 tonun bu ilin sonunadək Bakıya gətirilərək, Azərbaycan Mərkəzi Bankına (AMB) təhvil veriləcəyini bildirib. Fondun qızıl ehtiyatının AMB-nin anbarında saxlanılması ilə bağlı tərəflər arasında danışıqlar artıq başa çatıb. Şahmar Mövsümov Londonda saxlanan qızıl ehtiyatlarının Azərbaycana gətirilməsi ilə bağlı müəyyən problemlərin olduğunu bildirib. O, bunu aviaşirkətlərin məhdud daşıma imkanları ilə əlaqələndirib.

«Heç bir aviaşirkət qızılın daşınması üçün bir dəfəyə 1 tondan artıq qızılı göyərtəsinə götürmür».

Hazırda ARDNF-in ümumi qızıl ehtiyatları təxminən 11 ton təşkil edir. Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq, «JP Morgan» bankının London anbarı seçilib. Alınmış qızıl ehtiyatlarından əlavə gəlir əldə edilməsi məqsədilə, həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib.

Dövlət Neft Fondu qızılın alınmasına 2012-ci il fevralın 1-dən başlayıb. Həftədə 25 qızıl külçə və ya 10 min unsiya qızıl alınır və qarşıdakı iki il ərzində 30 ton qızılın alınması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG