Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:34

Zlatan İbrahimovichin "sirli qayçısı"


Zlatan İbrahomovich Kiyevdə, Avropa çempionatında. İyul 2012
Zlatan İbrahomovich Kiyevdə, Avropa çempionatında. İyul 2012
İsveç millisinin hücumçusu Zlatan Ibrahimovich-in İngiltərənin qapısına vurduğu qeyri-adi qol futbol ekspertlərinin və jurnalistlərinin diqqət mərkəzindədir.

Bu hadisəni “yüzilliyin qolu” kimi qiymətlənirməyə qədər uzaq gedənlər də var.


Zalatan İbrahimovichin qolları



İsveç-İngiltərə oyunundan görüntülər
Noyabrin 14-də yenicə istifadəyə verilmiş Firens Arena stadionunda, 50 min azarkeşin qarşısında İbrahimovich 4 qol vurdu. Onlardan sonuncusu yəqin ki, futbol tarixinin ən gözəl qolları sırasında hələ uzun müddət müzakirə olunacaq.

Qapıçı onu qabaqlamaq üçün çərimə meydançasından kənara çıxmışdı. Zlatan son anda topa çatmayacağını başa düşüb ani olaraq dayandı, bir qədər geriyə, qapıçını topu qaytarmaq ehtimalı olan nöqtəyə tərəf çəkildi. Sanki, əlinin içini iyləmişdi. Arada təqriən 25 metr olsa da, topu elə havada ikən “qayçı” fəndi ilə tərk olunmuş qapıya yönəlti. QOL!

“Bəxtəbəxt, yoxsa məharət? Zərbəm çox yaxşı alındı. Onun düz qapıya getməsi, ola bilər həm də bəxtimin gətirməsi idi” – deyə İbrahimovich öz qolu haqda İsveçin Aftonbladet dərgisinə deyir.

4-2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan İsveç-İngiltərə yoldaşlıq görüşünün əsl qəhrəmanı ingilis Steven Gerrarrde olmalı idi. O, həmin gecə ingilis millisinin tərkibində 100-cü oyununu keçirirdi. İndiyə qədər bu rəqəmə çatan cəmi 5 ingilis futbolçusu olub. Gerarrde hətta İsveçlilərə qol da vurdu. Lakin özü də etiraf edir ki, İbrahimovich onu kölgədə qoydu..

“Ömrümdə belə gözəl qol görməmişdim. Bu, Zlatan İbrahimovichin gecəsi idi” – deyə Gerrard jurnalistlərə bildirib.

4 qol vuran İbrahimovich sarı vərəqə də qazandı. Söhbəti gedən qoldan sonra sevincini gizlətməyən futbolçu köynəyini əynindən çıxarıb yellədi. Norveçli hakim Svein Odvar Moen deyir ki, bu məsələdə qaydalar qətidir, fərq etmir hansı səbədən, köynəyini əynindən çıxaran oyunçuya xəbərdarlıq olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG