Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:11

Xi Jinping Çinin yeni lideridir


Çində Kommunist Partiyası Mərkəzi Komitəsi gözlənildiyi kimi Xi Jinpingi ölkənin gələcək 10 ildəki lideri seçdi.

Xi Jinping prezident Hu Jintaonun yerinə hakimiyyətə gələcək. Hu Jintaonun səlahiyyətləri 2013-cü ilin martında rəsmən sona çatacaq.

Xi Jinping bildirib ki, əsas vəzifəsi Çin xalqını daha da güclü etməkdir. O, korrupsiya ilə mübarizə aparmaq məcburiyyətlərində olduqlarını, partiyada intizamın da inkişaf etdirilməsinin vacib olduğunu deyib.

Kommunist Partiyasının Şanxaydakı lideri olan Xi Jinping 2007-ci ildə Polit Büro üzvlüyünə seçilmişdi. 59 yaşlı Xi Jinping 40 ildən çoxdur ki, Kommunist Partiyasının üzvüdür.

Çində Polit Büro Daimi Komitəsi Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən seçilir.
XS
SM
MD
LG