Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40
-

Noyabrın 15-i səhər 07.00 radələrində Tbilisi şəhəri yaxınlığında yerləşən Lilo bazarında yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə nəticəsində 51 mağaza yanıb.

Agentliyin məlumatına görə, mağazaların əksəriyyəti azərbaycanlılara məxsus olub.
Hadisə yerinə 15 yanğınsöndürən maşın gəlib və 1 saat ərzində yanğın söndürülüb.

Yanğın zamanı ticarət obyektlərində olan on minlərlə dollarlıq malın yandığı təxmin edilir.

İlkin versiyaya görə, yanğına səbəb elektrik xəttində qısa qapanma olub. Hazırda polis tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG