Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:53

«Sənə «prava» lazımdır?»...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 25 avqust 2012. sayı: 160 (20.565)


SU VƏ KANALİZASİYA XƏTLƏRİNİN ÇƏKİLİŞİ DAVAM ETDİRİLİR

Culfa rayon İcra Hakimiyyətindən qəzetimizə bildiriblər ki, bu ilin birinci yarısında Culfa şəhərində su və kanalizasiya xətlərinin yenidən qurulmasına start verilib. Qısa müddətdə ümumi uzunluğu 2176 metr olan ana sutoplayıcı xəttin çəkilişi və sutoplayıcı hovuzun, həmçinin 30 baxış quyusunun tikintisi, eləcə də Culfa şəhərində 8500 metr, Gülüstan kəndində 2000 metr uzunluğunda sugətirici xəttin çəkilişi başa çatdırılıb. Culfa şəhərində 37500 metr uzunluğunda şəhərdaxili, Gülüstan kəndində 7460 metr uzunluğunda kənddaxili əsas su xətləri çəkilib, çoxmərtəbəli binalardakı mənzillərə və fərdi yaşayış evlərinə ev bağlantısı qoyulub. Hazırda su anbarlarının tikintisi, sugətirici və şəhərdaxili əsas xətlərin çəkilişi davam etdirilir. Layihənin icrası başa çatdırıldıqdan sonra perspektiv də nəzərə alınmaqla, Culfa şəhərinin və Gülüstan kəndinin əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaq.

ÜZƏRİMİZƏ DÜŞƏN VƏZİFƏ VƏ YA «SƏNƏ «PRAVA» LAZIMDIR?» DEYƏN MƏKTƏB DİREKTORUNUN ZARAFATI

...Xülasə, məktəbə yetişib növbətçiyə bu müəssisənin rəhbəri ilə görüşmək istədiyimi bildirdim. Növbətçi məni məktəb direktorunun olduğu məkana doğru aparır. Oxucularımız elə düşünəcək ki, ya öz kabinetində, ya da sinif otağındadır. Lakin direktoru pilləkənlərin qarşısındakı kiçik məkanda görürəm: o, etika xatirinə ayağa qalxmağı da lazım bilmir. Söhbətə körpü salmaq istəyirəm. Ancaq məktəb rəhbəri, deyəsən, körpü tərəfdarı da deyil. Elə ilk andaca söhbətə son qoymağı bacarır. Ona verilən suallara «o gün hər şeyi gəlib yazıblar» – deyə cavab verir. Jurnalistlər səbirli peşə sahibləridir. Səbrimi cilovlayıb sənəd qəbulunun hansı şəkildə həyata keçirildiyini soruşduqda isə məktəb direktorunun hövsələsi daralır. «Sənə «prava» lazımdır?» – deyə sual verir. «Xeyr, mənə sürücülük vəsiqəsi lazım deyil, informasiya lazımdır», - deyib söhbətə son qoymaq istədim. Ancaq, deyəsən məktəb direktoru hələ yeni «isinir». Deyir ki, 20 il hərbi hissə komandiri olub. Məsələ aydındır. Keçmiş komandir mənimlə öz tabeliyində olan əsgər kimi rəftar etmək istəyir. Dərhal ordan ayrılıram.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Şahmat birinciliyi
- Hüquqi maarifləndirmə günün tələbidir
- Nağdsız hesablaşma iqtisadi inkişafın göstəricilərindəndir.
XS
SM
MD
LG