Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

MM-də Quba almasının söhbəti


-

«Azərbaycan bazarlarında xarici ölkələrdən gələn almalar satılır, baxmayaraq ki, ən gözəl alma Qubada yetişir. Gömrük rüsumlarını artırmaqla Quba almasının şöhrətini artırmaq olar».

Bunu 2013-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı əslən Qubadan olan deputat Yevda Abramov deyib. İxracı stimullaşdırmağın lazım olduğunu deyən deputata görə, Qubada iş yerləri əsasən konserv zavodları üzərində cəmlənirdi ki, indi o zavodların heç biri işləmir.

Milli Məclisin sədri Oqtay Əsədov deputatın çıxışına belə reaksiya verib:

«Qubanın özündə almanın qiyməti Bakıdakından bahadır. Bu məsələ barədə də düşünmək lazımdır, çünki bazar iqtisadiyyatıdır».

Zavodların niyə işləməməsinə gəldikdə spiker İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək bunun araşdırılmasını istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG