Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

Bakı məktəblərində yoxlama olacaq


-

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) gələn həftənin ortalarından orta məktəblərdə reydlər keçirməyə başlayacaq. Trend BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızına istinadən yazır ki, reyd zamanı şagirdlərin vahid məktəbli formasına keçidi məsələsi araşdırılacaq.

Zəminə Əliqızı deyib ki, reydlər zamanı hər hansı şagirdin vahid formada məktəbə gəlməməsi aşkarlanarsa, bu barədə iradlar məktəb rəhbərliyinə bildiriləcək.

«Çünki bu prosesə məktəb rəhbərliyi ciddi nəzarət etməlidir».

Şöbə müdiri reydlərin məktəblərdə xəbərdarlıq edilmədən, KİV nümayəndələrinin iştirakı ilə aparılacağını deyib. Zəminə Əliqızı reydlər zamanı məktəblərin istilik sistemi ilə təminatı məsələlərinə də diqqət yetiriləcək.
XS
SM
MD
LG