Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

Belarusda gənc fəal casusluqda ittiham olunur



Belarusda “Belarus xristian demokrat” təşkilatının fəallarından olan Andrey Gaydukov həbs olunub. O casusluqda ittiham olunur.

Xəbəri Belarus Təhlükəsizlik Nazirliyi yayıb.

22 yaşlı Gaydukov tələbədir. O, Novopolotsk şəhərində “Gənc ziyalılar intellektuallar” təşkilatının yerli şöbəsinin rəhbəridir.

Yerli hüquq müdafiəçiləri Gaydukovun həbsini hökumətin yerli fəallara olan siyasi təzyiqi kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG