Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47
-


Parisdəki «Librairie du Globe» adlı Rus Kitab Evini iflasdan Yury Kovalchuk adlı biznesmen qurtarıb.

Xəbəri «İtar-Tass» Rusiyanın birinci kanalına istinadən yayıb.

Bunun biznesmenin «Avropada rus mədəniyyət mərkəzlərini və rus mədəniyyətini populyarlaşdırmaq» adlı proqramının bir hissəsi olduğu xəbər verilir.

Kitab Evinin saytında biznesmenin qərarı dərin məmnunluq hissi ilə qarşılanıb və onun tərəfdaşlığı sayəsində «Librairie du Globe»un işini davam etdirdiyi, fəaliyyət sahəsini genişləndirdiyi və maraqlı layihələr gerçəkləşdirməkdə olduğu ifadə olunub.

Agentlik xatırladır ki, bir müddət əvvəl «Librairie du Globe» müflislik həddində idi və sentyabr ayında bağlana bilərdi.

60 İL ÖNCƏ YARADILAN KİTAB EVİ

Kitab Evinin sahibləri mağazadakı kitabların və disklərin açıq satışını təşkil etmək fikrində idi.

Artıq bütün bunlar arxada qalıb və Kitab Evinin saytı artıq ən yeni ədəbiyyatları satışa çıxardığını yazır.

«Librairie du Globe» Parisdə Bastiliya meydanının qonşuluğundakı Bomarşe bulvarında yerləşir.

Kitab Evi 60 il öncə sovet incəsənəti və mədəniyyətini Fransada təbliğ etmək məqsədi ilə yaradılıb.

«Librairie du Globe» bir dəfə - 90-cı illərdə maliyyə problemləri üzündən bağlanıb.
Amma sonradan məhz rus dili və ədəbiyyatına maraq göstərən fransızların sayəsində yenidən açılıb.

«Rusiya» bankının direktorlar şurasının sədri olan Kovalchuk-un Kitab Evinə nə qədər pul ayırdığı açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG