Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

«Büdcənin 85 faizinin neftdən asılılığı ciddi faciədir»


İqbal Ağazadə

İqbal Ağazadə

-

Deputat İqbal Ağazadə hökuməti büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün praktik addımlar atmamaqda ittiham edib. O, büdcənin 85 faizinin neft amilindən asılılığını ciddi faciə adlandırıb.

«İqtisadi İnkişaf Nazirliyi 554 müəssisə yaradıldığını, 72 min iş yeri açıldığını bildirir. Hər müəssisəyə 14 nəfər düşür. Bu necə müəssisədir? Çörək, şirniyyat, dəmir sexləri də bağlanır, bu sahələri bir əldə cəmləşdirilməyə çalışırlar. Səhiyyə xərclərində adambaşına 74 manat düşür. Hər şey bu vəsaitə necə yerləşdirilir? Məcburi tibbi sığorta niyə gecikdirilir? Bu gün 150 manatdan artıq pensiya təminatı yoxdur. Bu gün Təhsil Nazirliyi 24 saatdan artıq dərs keçməyə qadağa qoyub. 24 saat isə 168 manat edir, müəllim bu vəsaitlə necə dolansın? Rayonlarda müəllim çatışmır, digər müəllim dərs deyir, ancaq Təhsil Nazirliyinin qadağasına görə, o müəllimə pul verilmir. Olimpiya çempionuna 400 min manat verilir, bu, bir müəllimin 198 illik maaşına bərabərdir. Millət idmançının deyil, müəllimin çiynində durur. ABŞ-da olimpiya çempionuna cəmi 25 min dollar mükafat verilir, Azərbaycanda olduğu kimi 400 min manat, yəni 500 min dollar yox!».

İqbal Ağazadə Neft Fondundan transfertlərin yalnız yol, kanalizasiya və digər infrastruktur layihələr yönəldilməsini də düzgün saymayıb: «Elə sahələrə pul qoyulmalıdır ki, sabah büdcəyə o sahələrdən gəlir gəlsin. Neft Fondunda 2 illik pulumuz var, 10 illik yox. Sovet imperiyası kimi dövlət neftin qiymətinin aşağı düşməsi ilə dağıldı. Bir neçə il əvvəl neftin qiyməti qəfil 48 dollara qədər aşağı düşdü. Belə hal baş versə, biz nə edəcəyik?».

Günün bütün mövzuları

XS
SM
MD
LG