Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:33

Azərbaycanlı deputatdan Uruqvay rəsmisinə etiraz


-

Milli Məclisin plenar iclasında Uruqvay parlamentinin spikeri Jorge Orrico-nun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməsinə etiraz bildirilib.

Deputat Qənirə Paşayeva deyib ki, Uruqvay parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətsizlik edib:

«Spiker orada separatçı rejimin rəhbəri ilə görüşüb və bu, Azərbaycanın ərazi bütövlüyünə böyük bir hörmətsizlik olmaqla yanaşı, həm də beynəlxalq təşkilatların qərar və qətnamələrinə ziddir».

Deputat Azərbaycan XİN-in bununla bağlı Uruqvaya nota verəcəyini də xatırladıb:

«Milli Məclis də bununla bağlı öz etirazını Uruqvay dövlətinə bildirməlidir, Azərbaycan parlamentinin bununla bağlı etiraz müraciətinin göndərilməsini təklif edirəm», deyə deputat vurğulayıb
XS
SM
MD
LG