Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Uruqvay parlamentinin spikeri Dağlıq Qarabağa gəlib


Noyabrın 13-də Uruqvay Nümayəndələr Palatasının (parlament) sədri Khorke Orikonun başçılıq etdiyi nümayəndə heyəti Dağlıq Qarabağa gəlib. Nümayəndə heyəti erməni separatçılarının lideri Baco Saakyanla görüşüblər.

Ermənistan mətbuatının məlumatına görə, görüşlərdə ikitərəfli münasibətlər müzakirə edilib.

Görüşdən sonra Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun həmsədri Ruben Martines Uelmo jurnalistlərə bildirib ki, “Ururvay nəzəri cəhətdən Dağlıq Qarabağı tanıyan ilk ölkə ola bilər” . Deyib ki, “bu, siyasi prosesdir və tədricən getməlidir”.

“Bütün arqumentləri ümumiləşdirməli və siyasi qüvvələrə təqdim etməliyik. Qarabağa səfər xüsusi cəsarət tələb etmir və təbii addımdır. Biz erməni xalqının dostuyuq”- deyə, Ruben Martines Uelmo vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG