Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:30

ABŞ hərbçisinə ölüm cəzası istənilib


Əfqanıstanın cənubunda 9-u uşaq olmaqla 16 dinc sakini öldürməkdə ittiham olunan ABŞ hərbçisi Robert Balesə ölüm cəzası verilməsi tələb olunub.

Şahid kimi dindirilən əsgərlər hadisədən sonra Balesin paltarları qan içində kazarmaya gəldiyini bildiriblər.

Hazırlıq məhkəməsində hərbi prokuror Rob Steelee bildirib ki, ona edam cəzası verilməlidir.
Robert Bales 16 ölüm, 6 ölümə təşəbbüs, hücuma keçmək və vəzifə başında spirtli içki və narkotik maddə qəbul etməkdə ittiham olunur.

Məhkəmədə şahid kimi dindirilən 7 yaşlı qız hadisə vaxtı atasının arxasında gizləndiyini, silahlı adamın hadisə vaxtı atasını öldürüldüyünü bildirib.
XS
SM
MD
LG