Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Çin Kommunist Partiyasının 18-ci konfransı başa çatıb


Çin Kommunist Partiyasının 18-ci konfransı başa çatıb. Konfransda Mərkəzi Komitə üzvləri müəyyənləşdirilib. Sabah yeni daimi Polit Büro üzvləri ilə Çin Kommunist Partiyasının baş katibi seçiləcək.

Çin prezidenti və Çin Kommunist Partiyasının baş katibi Hu Jintao konfransın bağlanışındakı çıxışında “Çin Kommunist Partiyasının yeni Mərkəzi Komitəsini seçdiyini, yaşlı liderlərlə gənc liderlərin yerlərini dəyişdiyini” bildirib.

Çində liderlərin əvəz olunması 10 ildən bir keçirilir. Dünyanın ən böyük ikinci iqtisadiyyatına malik olan Çindəki tarixi konfrans noyabrın 8-də başlamışdı. Bir həftə qapalı keçirilmişdi.

Çin Kommunist Partiyasının Polit Bürosu sabah Mərkəzi Komitə tərəfindən seçiləcək. Yeni seçilən komitəyə vitse-prezident ilə baş nazirin müavininin də seçildiyi bildirilir.

Sabah həm də Çin Kommunist Partiyasının baş katibi və Polit Büro da elan olunacaq. Vitse-prezident Shi Jinpingin baş katib olması gözlənilir.

Çin qanunlarına görə, ÇKP-nin baş katibi bir müddət sonra Çin prezidenti təyin olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG