Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04
-

NAXÇIVANDA HAKİMİYYƏTİ TƏHDİD EDƏN VƏRƏQƏLƏR

«Azadlıq» qəzeti Naxçıvanda yerli hakimiyyəti təhdid edən vərəqələr yayıldığını yazır.

«Bir neçə gündür ki, Naxçıvanın xüsusi xidmət orqanları, polisi ayaqdadır. Buna səbəb Naxçıvan şəhərində evlərə sərt mətnlə etiraza səsləyən vərəqələrin yayılmasıdır».

CANGÜDƏNLƏRİ, MAŞINLARI OLAN MÜXALİFƏT...

«Mən müstəqilliyin əleyhinə səs verməmişəm». Bunu «Yeni Müsavat»a müsahibəsində deputat Arif Rəhimzadə deyib. O, müxalifət partiyalarına büdcədən pul verilməməsi ilə bağlı suala belə cavab verib:

«Deyirsiniz ki, müxalifət partiyalarına vəsait verilmir. Təzə, mənim maşınımdan da on dəfə yaxşı maşınları, cangüdənləri var».

OĞUZ-QƏBƏLƏ-BAKI SUYU VƏ TÜRKMƏNİSTAN?

«Bizim yol» qəzeti «1 milyardlıq layihənin arxasındakılar»dan yazır. Qəzet Oğuz-Qəbələ-Bakı su kəmərinə görə torpaqlarını itirmiş minlərlə vətəndaşa 2 ildir kompensasiya verilmədiyindən yazır. Qəzet həm də yazır ki, «kəmərdən Bakıya gələn su tam həcmdə paytaxta verilmir. Müxtəlif vasitələrlə Türkmənistana satılır».

MƏTBUATDAN GİZLƏNƏN MƏTBUAT XİDMƏTLƏRİ...

«Azərbaycan» qəzeti «mətbuatdan «gizlənən» mətbuat xidmətlərindən yazır.
Qəzetə görə, bəzi qurumların mətbuat xidmətləri informasiya verən deyil, informasiyanın qarşısını alan qurumlara çevrilirlər.

«Apardığımız sorğulara əsasən, Nəqliyyat Nazirliyi, Bakı şəhəri Təhsil idarəsi, «Azərsu» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin suallara cavab verməyə sadəcə vaxtları olmur. Bütün zənglər cavabsız qalır. Güc nazirliklərindən və hüquq-mühafizə orqanlarından isə istədiyin məlumatla deyil, onların verdiyi informasiyalarla kifayətlənməlisən».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG