Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:01

İran Suriya ilə danışıqlar təşkil etmək istəyir


İran Suriyadakı münaqişə tərəflərini gələn həftə Tehranda “milli dialoq” üçün bir araya gətirmək istəyir.

Rəsmi İRNA agentliyi Iran Xarici İlər nazirinin müavini Hossein Amir-Abdollahiana istinadən bildirir ki, Suriya hökumət rəsmiləri siyasi partiyaların, tayfa başçılarının, azlıqların və müxalifətin nümayəndələri ilə danışıqlara gəlməyə razılıq verib.

Həftəsonu yaradılan Suriya müxalif partiyalarının yeni qurumu – Milli Koalisiyanın Tehrandakı danışıqlara iştirakı hələ ki, sual atlındadır.

Suriyada Bashar Assad hakimiyyətinə qarşı vuruşan qüvvəlr İranın vasitəçiliyini bir neçə dəfə rədd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG