Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:29

Müsavat başqanının müavinini buraxdılar


-
Noyabrın 13-də Abşeron rayon polis şöbəsində Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya xəbərdarlıq ediləndən sonra o, buraxılıb.

T.Yaqublunun AzadlıqRadiosuna verdiyi məlumata görə, Abşeron rayon polis şöbəsinə gətiriləndən sonra onu söyüş söyməsinə görə saxladıqlarını bildiriblər:

«Mən belə bir şey olmadığını sübut etməyə çalışdım. Xəbərdarlıq ediləndən sonra məni buraxdılar».

***

Noyabrın 13-də Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu mülkigeyimli şəxslər saxlayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib.

O deyir ki, Tofiq Yaqublu qızı Nigar Yaqublunun Abşeron rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən sonra saxlanılıb:

«Əvvəlcə onun Abşeron rayon polis şöbəsinə aparıldığını dedilər. Abşeron rayon polis şöbəsində isə dedilər ki, Bakı şəhər Baş Polis İdarəsinə aparılıb».

Bakı şəhər Baş Polis İdarəsindən onlarda bu haqda məlumat olmadığını dedilər.
XS
SM
MD
LG