Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Avropa Yunanıstana gözlədiyi pulu vermir


Avropa Birliyi Yunanıstana 31.5 milyard avroluq – 40 milyard dollarlıq növbəti yardım paketini verilməsini təxirə salır. Brüsseldə toplanan Avrozonanın Maliyyə nazirləri qərara gəliblər ki, büdcə kəsirini azaltmaq üçün Yunanıstana verdikləri vaxtı 2014-cü ildən 2016-cı ilə qədər uzatsınlar. Amma Yunanıstanın təcili ehtiyacı olan yardım paketinin növbəti hissəsinin ayrılmasını Noyabrın 20-də bir daha müzakirə edəcəklər.

Yunanıstan hökuməti büdcə kəsirini azaltmaq üçün maaşların və pensiyaların azaldılması, pensiya yaşının artırılması və ixtisarlar nəzərdə tutan qənaət tədbirlərini ötən həftə təsdiqləyib.

Bu günə qədər Avropa Birliyinin ayırdığı 240 milyard avroluq yardımın 150 milyard avrosunu alan Yunanıstan hökuməti bildirib ki, növbəti 31 milyard avroluq tranşı verilməsə, hökumətin pulu bu günlərdə qurtaracaq və müflis ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG