Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:37

Universitet yataqxanasında məskunlaşan köçkünlər köçürülür


«Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlər gələn ayın əvvəlinə qədər köçürüləcək».

Bunu noyabrın 13-də jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib.

Rektor deyib ki, 7 minə qədər məcburi köçkündən ibarət 1000 ailə Pirəkəşkül qəsəbəsində tikilən evlərə köçürüləcək.

Abel Məhərrəmovun sözlərinə görə, köçürülmə başa çatandan sonra BDU-nun yataqxanaları söküləcək və yerində çoxmərtəbəli tələbə şəhərciyi salınacaq. Yeni şəhərcik 5000 nəfər tələbə tutacaq.
XS
SM
MD
LG