Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:15

Naxçıvan kəndlisinin üzü gülür...


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 18 iyul 2012. sayı: 133 (20.538)


NÖVBƏTİ ƏMƏK YARMARKASI KEÇİRİLİB

Ordubad rayonunda əmək yarmarkası keçirilib. Əhalinin məşğulluq səviyyəsini yüksəltmək məqsədilə təşkil edilən yarmarkalarda rayon Məşğulluq Mərkəzinin direktor əvəzi Nazim Hüseynov, rayon İcra Hakimiyyətinin əməkdaşı Reyhun Babayev çıxış edərək muxtar respublikamızda, eləcə də Ordubad rayonunda həyata keçirilən iqtisadi islahatların bəhrələrindən, belə aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığından və bu tədbirlərin müsbət nəticələr verdiyindən danışıblar.

Qeyd olunub ki, rayon əhalisinin məşğulluğunun gücləndirilməsi, iş axtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi baxımından əmək yarmarkalarının təşkili mühüm əhəmiyyətə malikdir. İş axtaran vətəndaşların müvafiq işlə təmin olunmaları üçün müvafiq imkanlardan səmərəli istifadə etməklə öz peşə və ixtisaslarına uyğun iş axtarmalarına kömək göstərmək məqsədilə təşkil olunan belə fəal məşğulluq tədbirlərinin davamlı surətdə keçirilməsi diqqət mərkəzindədir.

İş axtaran vətəndaş Vüsal Zeynalov keçirilən əmək yarmarkalarını yüksək dəyərləndirərək bu tədbirlərin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib.

KƏNDLİNİN ÜZÜ GÜLÜR

...Səhər saat 10-da artıq sahənin yarıdan çoxunun məhsulu tədarük edilmiş, sahibkarın əvvəlcədən hazırladığı yerə daşınmışdır. Məhsuldarlıq gözlənildiyindən də yaxşı idi. Deməli, çəkdiyi zəhmət hədər getməmişdir.

Ömrünü torpağa bağlayan, bu qiymətli sərvəti halal qazanc mənbəyinə çevirən Həsən Əliyev Şərur rayonunun Maxta kəndində yaşayır. Ali təhsilli olsa da, heç vaxt yüngül iş dalınca qaçmayıb. Sovetlər Birliyi zamanındakı kənddəki sovxozda uzun illər briqadir işləyib. İttifaq dağılandan sonra da torpaqdan, zəhmətdən ayrılmayıb. Fermerdir. Deyir ki, taleyindən narazı deyil. Halal zəhməti ilə ailəsini dolandırır. Texnikadan da yaxşı başı çıxır. Minik maşını, kombaynı, toxumtəmizləyən, toxumsəpən aqreqatları var...

...Strateji əhəmiyyət daşıyan taxıl biçini kampaniyasında mexanizatorların, xüsusilə kombaynçıların qayğıları daha çox olur. Onlar erkən saatlardan sahələrə çıxır, hava qaralana kimi işləyir, elin sərvətini vaxtında və itkisiz toplamağa səy göstərirlər. Çalışırlar ki, torpaq mülkiyyətçiləri onların işindən razı qalsınlar.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Ağbulağın ağ günləri
- Serial xəstəliyi
- Bu dəyərləri qorumağa dəyər
XS
SM
MD
LG