Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:57

Korrupsiya vətənə xəyanətə bərabər tutula bilər


Arxiv foto. Rusiya Ordusu Moskvada Qızıl Meydanda parada hazırlaşır.
Arxiv foto. Rusiya Ordusu Moskvada Qızıl Meydanda parada hazırlaşır.
-

Rusiya baş nazirinin müavini müdafiə sahəsində dövlət satınalmalardakı korrupsiyanı vətənə xəyanətlə eyniləşdirməyi təklif edir. “İnterfaks”ın yaydığı məlumata görə, baş nazirinin müavini Dmitriy Rogozin (Dmitri Roqozin) bu haqda öz twitter mikrobloqunda yazıb. Roqozin korrupsiya uğramış hərbçilərə ismarışla yazır: “Qorxunu itirmisiz? Taparıq!”.

Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergei Ivanov (Sergey İvanov) isə korrupsionerlərin əmlaklarını müsadirə etməklə cəzalandırmağı təklif edir.

“Mən isnanlarla ünsiyyətdə oluram. Onlardan tez-tez eşidirəm ki, hə, yaxşı siz kimisə korrupsiyaya, rüşvətə görə tutduz, həbsə atdız. Amma o, oğurladıqlarının hamısını arvadının, uşağının adına rəsmiləşdirilib. Nə olsun, var-dövlət onsuz da ona qalır. Məncə, müəyyən mənada bu qınaqlar haqlıdır”, – deyə S. Ivanov ölkəsinin birinci kanalına müsahibəsində belə deyib.

Odur ki, Administrasiya rəhbəri korrupsiyaya görə məhkum edilənlərin əmlakının da müsadirə olunmasını istəyir:

“Mən Prezident Administrasiyasının rəhbəri kimi deyil, vətəndaş İvanovun fikri kimi deyim ki, cinayət yolu ilə əldə olunan pulun, mal-mülkün müsadirə olunması yaxşı olardı. Mən düşünürəm ki, insanlar bunu gördükdə, hökumətin korrupsiyaya münasibətinin də şahidi olacaq, bu istiqamətdə onlarda heç bir sual qalmayacaq.”

S. Ivanov müsahibəsində xüsusi vurğulayıb ki, korrupsiya milli təhlükəsizlik üçün birbaşa təhdiddir.

Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatının illik hesabatlarına görə Rusiyada korrupsiyanın səviyyəsi təxminən Azərbaycandakı qədərdir. Təşkilatın 2011-ci ilə dair hesabatında həm Azərbaycan, həm də Rusiya korrupsiya indeksinə görə 183 ölkə arasında 143-cü sırada göstərilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG