Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:01

Nigar Yaqublunun həbs müddəti uzadıldı (Video)


Nigar Yaqublu ilə məhkəmə zalında söhbət
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Nigar Yaqublu ilə məhkəmə zalında söhbət

-
Məhkəmə başlamazdan əvvəl Nigar Yaqublu AzadlıqRadiosuna müsahibə verib:

- Nigar, saxlanma şəraitinlə bağlı hər hansı bir problemin yoxdur ki?

- Yox, elə bil problemim yoxdur.

- Bəs necə fikirləşirsən, bu gün səni azad edəcəklər?

- Düzü heç bir ümidim yoxdur. Görək...

- Məhkəmə qərarından nə gözləyirsən?

- İndiyədək haqlı, ədalətli qərar görmədim. İndidən sonra da heç ümid etmirəm, gözləmirəm. Həbs gözləyirəm...

- İndi özünü necə hiss edirsən?

- İndi çox yaxşı, əlayam.

- Prosesi izləyənlərə nə demək istəyirsən?

- Mənə dəstək olanlara təşəkkür edirəm. Həbs müddətində onların dəstəkləri mənə çox kömək oldu. «Facebook»dan olan mesajları alırdım, qəzetdən olurdu. Çox sağ olsunlar.

- Gündəlik oxumağa qəzet verirlərmi?

- Xeyr. Yalnız vəkillər vasitəsilə qəzetləri oxuya bilirəm.

- Valideynlərinlə görüşə bilmirdin. Nə kimi problem var idi görüşməyinizə?

- Yalnız istintaq müddəti bitmədiyinə görə görüş vermirdilər. İstintaq müddəti zamanı bir dəfə valideynlərimlə görüşə imkan yaradıldı. İstintaq bitdikdən sonra, noyabrın 9-da görüşə bildim.

- Xarici təşkilatlar, səfirliklərdən səninlə maraqlanan varmı?

- Yox, hələ ki heç kim gəlib baxmayıb. Kimlərinsə gələcəyini deyirlər, amma gəlmədilər, mən görmədim

MƏHKƏMƏ NOYABRIN 23-DƏ DAVAM EDƏCƏK

Hakim İlham Kərimli N.Yaqublu barəsində həbs qətimkan tədbirinin 3 sutka uzadılmasına qərar verib.

Qərar vəkillərin və N.Yaqublunun iştirakı olmadan çıxarıldığından müdafiə tərəfi buna etiraz edib.

N.Yaqublunun iki aylıq həbs müddəti noyabrın 10-da başa çatıb. Vəkillər onun hələ də həbsdə saxlanmasını qanunsuz sayırlar.

Məhkəmə noyabrın 23-də davam edəcək.

VƏSATƏT TƏMİN OLUNMADI

Noyabrın 13-də Abşeron rayon məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun məhkəməsi başlayıb.

Müdafiə tərəfi işə hakim İlham Kərimlinin baxmasına etiraz edib. Vəkillər bildiriblər ki, İlham Kərimli bundan əvvəl Nigar Yaqublu haqqında həbs-qəti imkan tədbirinin dəyişdirilməsi və zaminə buraxılması ilə bağlı proseslərə sədrlik etdiyindən o, obyektiv ola bilməz.

Ancaq vəsatət təmin olunmayıb. Hakim deyib ki, qərardan şikayət verilə bilməz. Hazırda məhkəmədə fasilə elan olunub.

NİGAR YAQUBLU ƏDALƏTLİ QƏRAR GÖZLƏMİR

Noyabrın 13-də Abşeron rayon məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun məhkəməsi başlayır.

Nigar Yaqublu məhkəməyə gətirilib. O, AzadlıqRadiosuna bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağına ümid etmir. Nigar Yaqublu həbsdə olduğu müddətdə hər hansı probleminin olmadığını da deyib.

Məhkəmədə Nigar Yaqublunun hüquqlarını vəkillər Adil İsmayılov, Elton QuliyevNemət Kərimli müdafiə edəcəklər.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «KAMAZ» markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi bildirilir. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG