Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:32

S. Novruzov: «Xalq kimi seçsə Azərbaycana o, rəhbərlik edir»


Siyavuş Novruzov
Siyavuş Novruzov
-

«Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının erməni icması, yaxud Dağlıq Qarabağ məsələsi ilə məşğul olmağa heç bir mənəvi haqqı yoxdur. Söyün Sadıqov kimilər bu gün belə danışıqlar apara və ermənilərlə üzbəüz oturub Azərbaycanın taleyüklü məsələsini müzakirə edə bilməz».

Bunu noyabrın 13-də jurnalistlərə «Dağlıq Qarabağ azərbaycanlıları icması» İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Rövşən Rzayev bildirib ki, hazırda Dağlıq Qarabağın erməni və azərbaycanlı icması arasında görüşün keçirilməsi istiqamətində iş aparılır. Ancaq bu görüşün vaxtı dəqiq deyil. Görüşdə iki icma arasında itirilmiş əlaqələr, inam və etimadın bərpa edilməsi, gələcəkdə birgə yaşayış forması müzakirə predmeti olacaq.

«KİM HANSI DƏRƏDƏ NƏ YARADIR, ÖZÜ BİLƏR»

«Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının məqsədi-məramı bəlli deyil. Kim hansı dərədə nə yaradır, özü bilər». Bunu isə YAP icra katibinin müavini Siyavuş Novruz deyib.

Siyavuş Novruzov jurnalistlərə bildirib ki, Azərbaycan hakimiyyəti belə bir təşkilatın yaranmasına narazılıq bildirməyib. «Bunlar əsasən öz biznesləri ilə məşğul olan adamlardır.

Mən onları tanımıram, heç tanımaq da istəmirəm. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, xalq kimi seçsə Azərbaycana o, rəhbərlik edir».

Siyavuş Novruzov gələn il keçiriləcək prezident seçkiləri haqda da danışıb. Deyib ki, «Azərbaycan xalqının və YAP-ın da tələbi ilə 2013-də partiyanın prezidentliyə namizədi İlham Əliyevdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG