Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57

6 ərəb dövləti birləşmiş Suriya müxalifətini “qanuni nümayəndə” kimi tanıdı


Fars körfəzi Ölkələrinin Əməldaşlıq Şurasına daxil olan olan 6 ərəb dövləti Suriya müxalifətini ölkənin “qanuni nümayəndəsi” kimi tanıyıb.

Suriyanın ayrı-ayrı müxalif dəstələri bazar günü prezident Bashar al-Assadi devirmək üçün birgə fəaliyyət üçün razılığa gəlib.

Noyabrın 12-də Qahidərə keçirilən görüşdə Ərəb Liqası xarici işlər nazirləri Assad əleyhinə olan digər qrupları da müxalif koalisiyaya qoşulmağa çağırıb.

Qərb də koalisiyanın yaradılmasını dəstəkləyib.

Rusiya isə bildirib ki, yeni koalisiya Suriya böhranından çıxmaq üçün danışıqlara getməli və xarici müdaxiləni rədd etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG