Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Müxalif düşərgə Fəvvarələr Meydanında mitinq keçirmək istəyir


Müxalif düşərgə noyabrın 17-i Fəvvarələr Meydanında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Bu haqda aksiyanın təşkilatçılarından biri, AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

Onun sözlərinə görə, mitinqin təşkilatçıları siyasi partiyaların, gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, mühacirətdə yaşayan azərbaycanlılardır.

Gözəl Bayramlı deyib ki, 17 noyabr mitinqi hər hansı siyasi təşkilatın, ictimai qurumun deyil, bütövlükdə müxalif ictimai-siyasi düşərgənin birgə etiraz aksiyası kimi nəzərdə tutulub.

Aksiyanın əsas tələbi parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsi olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG