Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:15
-

ZƏLZƏLƏ BÖLGƏSİNİN PROBLEMLƏRİ

«Azadlıq» qəzeti yazır ki, qış gəlsə də Zaqatala rayonunda evlər tikilməyib, adamlar qışı necə keçirəcəklərini bilmirlər.

Qəzet mayın 7-də baş verən zəlzələdən sonra ən çox Gözbarax, Muxax, Çobankol, Yuxarı Tala, Aşağı Tala, Zəyəm, Qımır, Bazar, Yuxarı və Aşağı Çardaqlar kəndlərinə ziyan dəydiyini yazır.

«Aşağı Tala kəndinin sakini Şahin Həsənovun evi yararsızdır. Təbii fəlakət nəticəsində mənzilində çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyindən (FHN) sözügedən şəxsin evinə iki dəfə komissiya gəlib. Birinci dəfə «təmir edilməlidir», ikinci baxışda «bərpa-gücləndirmə» deyilərək rəy verilib. Ancaq indiyə qədər nə təmir olunub, nə də bərpa-gücləndirmə işləri aparılıb. Evin tavanı isə uçub, yağış yağanda nəinki ikinci mərtəbə, hətta birinci mərtəbə də su altında qalır. Zərərçəkən aidiyyəti qurumlara şikayət etsə də, heç bir nəticəsi olmayıb».

«HAKİMİYYƏTDƏN BİZƏ TƏZYİQ YOXDUR»

Bunu «Bizim yol» qəzetinə Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən olan Abbas Abbasovun oğlu Aydın Abbasov deyib.

«Bizim yol» qəzetinə müsahibəsində Rüstəm İbrahimbəyov bildirib ki, Abbas Abbasov görünməmiş təzyiq və şantajla üzləşir. Aydın Abbasov isə deyib ki, «Mən bilmirəm Rüstəm İbrahimbəyov bu açıqlamanı verərkən nəyi nəzərdə tutur. Amma bizim ailəyə qarşı hər hansı təzyiq faktı olmayıb. Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyən adamlarıq».

«BİZİ ZOOPARKDA HEYVAN KİMİ SAXLAMAQ İSTƏYİRLƏR»

«Yeni Müsavat» qəzetinə müsahibəsində rokçu Camal Əli belə deyib. Hazırda Almaniyada mühacirətdə yaşayan Camal Əli deyib ki, İlham Əliyevi təhqir etdiyi üçün həbsdə üzr istədiblər.

«Təbii ki, döyə-döyə. Başa düşmədilər ki, ideyanı döyməklə yox edə bilməzlər. Hazırkı dövlət-cəmiyyət münasibəti ilə bizdə heç bir inkişaf olmayacaq. Bizim cəmiyyətin problemi oksigen azlığıdır. Oksigeni azadlıq anlamında deyirəm. Çoxluq heç nə etmək istəmir. İqtidar da bunda maraqlıdır. İnsanlar ac olanda, özlərini natamam, əskik hiss edəndə bir-birilərinə düşmən gözü ilə baxırlar. Bizi zooparkda heyvan kimi saxlamaq istəyirlər, mən isə hələ kimdənsə üzr istəməliyəm. Bu arada onu da deyim ki, dəyişiklik olan kimi vətənə dönəcəyəm».

YAP KONSEPSİYA FORMALAŞDIRMIŞ YEGANƏ SİYASİ TƏŞKİLATDIR

«Azərbaycan» qəzeti Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla müsahibəsini dərc edib. Əli Həsənov deyib ki, «Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyinin inkişafının bitkin konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin sivil ənənələrini formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni parlament formalaşdırdı».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG