Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Paytaxtın şimal girişində avtomobil yolu genişləndirilir


-

Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC tərəfindən şimal istiqamətindən Bakıya giriş yolunda genişləndirmə işlərinə başlanılıb.

ANS PRESS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işlər «20 Yanvar» metro stansiyası dairəsi yaxınlığında «Şamaxinka» adlanan ərazidə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 metr məsafədə, tunelin üst hissəsində aparılır.

İşlər davamlı olaraq mövcud yolun 3-4 metr genişləndirilməsi üçün həyata keçirilir. Yolun genişlənməsi ilə bərabər, yolun bu hissəsində avtomobillərin dönmə əməliyyatı sxeminin də dəyişdirilməsi planlaşdırılır.
XS
SM
MD
LG