Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:45

İlham Əliyev: «Azərbaycana qarşı təxribat cəhdləri artır»


İlham Əliyev
İlham Əliyev
-

«Bu gün Milli Təhlükəsizlik Nazirliyi inkişaf dövrünü yaşayır. Həm peşəkarlıq artır, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xoşagəlməz halların aşkar edilməsinə və qabağının alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı artır. Bu, onu göstərir ki, Azərbaycana qarşı edilən təxribat cəhdləri artır. Bu da təbiidir. Çünki ölkəmiz inkişafdadır».

President.az saytının xəbərinə görə, bunu ötən gün prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında deyib.

Prezident bildirib ki, MTN öz üzərinə düşən funksiyaları şərəflə, ləyaqətlə yerinə yetirir.

Prezidentin sözlərinə görə, MTN-in spesifikası ondan ibarətdir ki, fəaliyyəti geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyil:

«Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyük zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar. Son illər ərzində Azərbaycana qarşı edilən terror, təxribat cəhdlərinə, xaricdən göndərilən casusluq şəbəkələrinin nümayəndələrinə, Azərbaycan dövləti və milli təhlükəsizlik orqanları tərəfindən layiqincə cavab verilib. Azərbaycan dövlətinin uğurlu inkişafı, Azərbaycan xalqının rahat yaşaması təmin edilib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG