Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Ermənistan prezidenti Fransaya 3 günlük səfərə gedib


Fransa prezidenti Francois Hollande (solda) erməni həmkarı Serzh Sargsyanı qarşılayır. Paris, 12 noyanr 2012

Fransa prezidenti Francois Hollande (solda) erməni həmkarı Serzh Sargsyanı qarşılayır. Paris, 12 noyanr 2012


Ermənistan prezidenti Serzh Sargsyan (Serj Sarkisyan) noyabrın 12-də Franasya 3 günlük rəsmi səfərə gedib. Ermənistan mediasının yaydığı məlumata görə Sargsyan artıq Fransa prezidenti Francois Hollande ilə görüşüb.

Ermənistan prezidentinin Fransa parlamentində və işgüzar dairələrdə də görüşləri gözlənir.

Yerli media Sargsyan-ın əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacağını yazır.

Fransa Qarabağ danışıqlarına vasitəçilikl edən ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir və Bakıda müstəqil ekspertlərin bir çoxu Parisi adətən bu məsələdə ermənipərəst mövqe tutmaqda ittiham edirlər.

Ermənistan prezidenti Parisdən başqa Lion şəhərinə də səfər edəcək. O burada şəhərin meri və daha sonra Fransanın ən iri sənaye regionu olan Rone Alpesdə ticarət və sənaye palatasında ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşəcək.

Rəsmi xəbərlərə görə hazırda Fransada təxminən yarım milyondan çox erməni yaşayır. Onların da təqribən 200 mini Paris, 100 min nəfəri isə Leonun payına düşür.

Fransa ermənilərinin bəziləri artıq ölkənin ictimai-siyasi həyatına da təsir edən ictimai fiqurlardırlar. Onların arasında deputat Patrik Devedjian, müğənni Sharl Aznaur, yazıçı Anry Torosyan və başqaları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG