Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:47

«O, Heydər ömrüdü, sönməyəcəkdir»


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 14 iyul 2012. sayı: 131 (20.536)


14 iyul 2012. Sayı: 131(20.536)

ORDUBAD YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

Cari ildə Ordubad rayonu böyük tikinti meydançasını xatırladır. 2012-ci ilin ötən dövrü ərzində rayonun Sabirkəndində məscid binası, Aşağı Əylisdə Seysmoloji stansiya istifadəyə verilib. Ordubad Rayon Suvarma Sistemləri İdarəsinin balansında olan 10 nasos stansiyası əsaslı təmir edilib. Biləv və Gilançay kəndlərində 800 metr, Behrud, Parağa kəndlərində 400 metr uzunluğunda suvarma xətti çəkilib.

...Quruculuq tədbirləri təhsil sahəsini də əhatə edib. Hazırda Ordubad şəhərində inşa edilən yeni uşaq bağçası son illərdə burada tikilən ikinci belə məktəbəqədər tərbiyə müəssisəsidir. Behrud və Parağa kəndlərində 110 şagird yerlik yeni məktəb binaları tikilir. Çənnəb tam orta məktəbinin binasında isə əsaslı təmir işləri aparılır. Biləv, Behrud, Parağa kəndlərində kənd və xidmət mərkəzləri, Biləv kəndində polis bölməsi üçün yeni binalar inşa olunur.

Qeyd edək ki, tikinti – quraşdırma işlərində istifadə olunan investisiyanın həcmi artırılaraq 16 milyon 442 min 500 manata çatdırılıb.

O, HEYDƏR ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR

O ömür Tanrının nur payı kimi
Bütöv cahana səpələnibdir
Doğma Araz kimi, Kür çayı kimi
Ana torpaq üçün ləpələnibdir

Köksündə döyünən odlu ürəklə
Elinə məhəbbət bəsləyibdir O
Düşünülmüş müdrik siyasətilə
Dünyanı birliyə səsləyibdir O

Onun böyük idi şöhrəti, şanı,
Qəlbində od vardı hələ yanmağa.
Elə ona görə Azərbaycan
Qoymadı içindən parçalanmağa.
XS
SM
MD
LG