Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Azərbaycanda bir birinin ardınca iki zəlzələ olub



Noyabrın 12-si Azərbaycan ərazisində iki zəlzələ qeydə alınıb.

Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar Mingəçevir və İsmayıllı rayonlarında baş verib.

Maqnitudası 3.40 olan zəlzələ yerli vaxtla saat 11:41-də Mingəçevirdən 27 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər, episentrə yaxın yaşayış məntəqələrində 2 bala qədər hiss olunub. İnsan təlafatı və dağıntılar yoxdur.

Maqnitudası 3.60 olan təkanlar isə yerli vaxtla saat 10:07-də İsmayıllı rayonundan 20 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG