Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31

Yevlaxda 61 istixananın işləyəcəyi kompleks müəssisə yaradılır


-

Bu barədə Yevlax rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Yevlaxın Kolanı kəndində kənd təsərrüfatı məhsulları istehsal edəcək müəssisə inşa olunur.

Müəssisənin sahəsi 188 hektar olacaq. Burada 61 istixana, heyvandarlıq üçün yem sexi, anbarlar və 2 qazanxana tikiləcək. Bundan başqa inzibati və köməkçi binalar da inşa ediləcək.

Artıq pomidor yetişdirmək üçün 2, çiyələk yetişdirmək üçün isə 1 istixananın, 2 qazanxananın, həmçinin heyvandarlıq üçün yem istehsal edən sexin tikintisi başa çatıb.

Müəssisədə tikinti işləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG