Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:48

Azərbaycanlı zəvvarların hamısı qayıtdı


Arxiv foto
Arxiv foto
-

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarə noyabrın 12-si Bakıya enib. Bu barədə APA-ya Azərbaycan Həcc missiyasının rəhbəri – Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bununla da təxminən 2 600 zəvvarın hamısı Bakıya dönüb.

QMİ-dən bildirilib ki, artıq zəvvarların yükləri də Bakıya gətirilir, yüklərdən ibarət daha bir təyyarə bu gün Bakıya enəcək.

Azərbaycanlı zəvvarları bu il Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşüblər.

Ziyarət zamanı iki zəvvar vəfat edib. Onların hər ikisi Səudiyyə Ərəbistanında dəfn edilib.
XS
SM
MD
LG