Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:12

Moskvada terrorda şübhəli bilinən 6 nəfər saxlanıb


Moskvada Hizbu Tahrir təşkilatının üzvü olmaqda şübhəli bilinən 6 nəfər saxlanıb. Bu təşkilat Rusiyada terror təşkilatı kimi tanınır.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlananlar Moskvadakı məscidlərdə adamları cəlb etmək üçün çıxışlar edirmiş, qanunsuz ədəbiyyat yayırmış.

Saxlananlardan silah-sursat və qadağan olunmuş ədəbiyyat götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davam etdiyi bildirilir.
XS
SM
MD
LG