Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:21

Bakıda jurnalist və anası qətlə yetirilib


-

Ötən gün Mərdəkan qəsəbəsində Bakı sakini arvadını və qızını öldürəndən sonra intihar edib.

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, 1949-cu il təvəllüdlü Mənsimov Mənsim ailə münaqişəsi zəminində həyat yoldaşı Zemfira Mənsimovanı və qızı, 1990-cı il təvəllüdlü Sevinci baltalayaraq qətlə yetirib. Bundan sonra 63 yaşlı kişi özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu məddələrlə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Qətlə yetirilən S.Mənsimova jurnalistdir. O, «Qafqazinfo» portalının əməkdaşı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG