Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

Suriya müxalifəti birləşir


-
Suriya müxalifət qruplarının liderləri Qətərdə keçirilən toplantıda vahid koordinasiya orqanı yaratmaq razılığına gəliblər.

Bu barədə konfrans iştirakçıları xəbər verirlər.

Xaricdə və ölkə daxilində yaşayan müxalifətçilərdən təşkil olunacaq yeni orqan “Suriya milli müxalifət və inqilab qüvvələri kolaisiyası” adlanacaq.

Bu gün toplantıda yeni orqanın rəhbəri və onun müavini seçilməlidir.

ABŞ və Suriya müxalifətini dəstəkləyən ölkələr bundan əvvəl müxalifət qüvvələrini prezident
Bashar Assad rejiminə qarşı mübarizədə birləşməyə çağırmışdılar.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə kütləvi etirazlar və silahlı toqquşmalar gedir.
Bu müddət ərzində 30 mindən çox adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG