Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

«Vasif Talıbov əkinlərin şırım üsulu ilə aparılmasına tapşırıq verib»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

9 oktyabr 2012. Sayı: 191(20.596)


MUXTAR RESPUBLİKADA ƏHALİYƏ NÜMUNƏVİ POÇT XİDMƏTİ GÖSTƏRİR

Azərbaycanda, o cümlədən muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafının əsası ötən illərin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi nəticəsində ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduği kimi, rabitə sahəsində də əsaslı dəyişikliklər baş vermişdir. Sover İttifaqı dağıldıqdan sonra müstəqil Azərbaycanda ümummilli liderimizin qayğısı nəticəsində poçt rabitəsinin inkişafı da yeni bir mərhələyə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, dekabr ayında isə “1998-2003cü illər üçün poçt rabitəsinin inkişafı konsepsiyası təsdiq edilmişdir. “İndiki zamanda rabitə hər bir insane üçün lazım olan bir vasitədir”,- deyən ümummilli liderimiz 2003-cü il fevralın 17-də “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasıya texnologiyaları üzrə Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamış, informasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

MUXTAR RESPUBLİKADA PAYIZLIQ TAXIL ƏKİNİ APARILIR

…Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 6-da Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin ərazisindəki taxıl əkini sahələrinə baxmış, taxıl səpininin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki,baxış keçirilən 16 hektarlıq ərazinin hər hektarına 180 kiloqram əvvəlcədən dərmanlanmış məhsuldar və keyfiyyətli buğda toxumu səpilmiş, 250 kiloqram fosfor gübrəsi verilmişdir. Ərazinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün kanal və arxlar bərpa edilmişdir. Əkində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikalarından istifadə olunur, əkin şırım üsulu ilə aparılır. Taxılçılıqda şırım üsulunun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əh\əmiyyət kəsb edir.

Ali Məclisin Sədri muxtar respublikada taxıl əkinlərinin şırım üsulu ilə aparılmasının davam etdirilməsi, əkin sahələrinə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilməsi, bu il də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müasir kənd təsərrüfatı texnikalarının alınıb muxtar respublikaya gətirilməsi barədə tapşırıqlar vermişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- “Naxçıvan” elektrik yarımstansiyası istifadəyə verilmişdir
- İməcilikdə yaşıllıqlara qulluq göstərilmişdir
- Gənclər ordu sıralarına yola salınır
XS
SM
MD
LG