Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04

İranın parlament komitəsi bloqqer Sattar Beheshtinin ölümünü araşdıracaq


Sattar Beheshti

Sattar Beheshti

İranın parlament komitəsi bloqqer Sattar Beheshtinin həbsxanada işkəncədən ölməsi ilə bağlı məlumatı araşdıracaq.

Bu barədə rəsmi İRNA agentliyi xəbər verir.

Oktyabrın 30-da saxlanmış 35 yaşlı Beheshti polis məntəqəsində ölüb.
O sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyinə zidd hərəkətlərdə ittiham olunurdu.

Müxalifət qrupları həbsxanada Beheshtiyə işkəncə verildiyini və müəyyən vax sərt və qəddarlığı ilə tanınan Tehrandakı “Evin” həbsxanasına köçürüldüyünü deyirlər.

İRNA agentliyi Parlamentin sədr müavininə istinadla bildirir ki, istintaqı milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komitəsi aparacaq.

Müxalifət qruplarının məlumatına görə Beheshtenin cəsədi ailəsinə noyabrın 7-də verilib və o doğma Rabat Karim şəhərində dəfn olunub.

ABŞ-da yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bəyan edib ki, İran hakimiyyəti bloqqerin ölümünə hərtərəfli aydınlıq gətirməlidir.

Son illər İranda xeyli jurnalist və bloqqer həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG