Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:39

İsrail Qəzzəni bombalayıb, ölənlər var


İsrail ordusunun bazar gününə keçən gecə Qəzzə bölməsini atəşə tutması nəticəsində 6 fələstinli ölüb, 30-dan çoxu isə yaralanıb.

Əməliyyatda artileriya və hərbi hava qüvvələrindən istifadə olunub.

İsrailin müdafiə nazirliyi əməliyyatın İsrail əsgərlərini aparan maşının atəşə tutulmasına cavab olduğunu bildirib.

Nazirlik nəticədə 4 əsgərin yaralandığını deyir.

Öz növbəsində fələstinlilər buna cavab olaraq bazar günü sübh tezdən İsrail ərazisinə 30-dan çox raket atıblar.

İsrailin müdafiə naziri Ehud Barac zorakılığın yayılmasına imkan verilməyəcəyini xəbərdarlıq edib.

Son günlər İsrail-Qəzzə sərhəddində vəziyyətin yenidən pisləşdiyi müşahidə olunur.
XS
SM
MD
LG