Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:06

16 əfqanı öldürən ABŞ əsgərinin məhkəməsi davam edir


Əfqanıstanın Qəndəhar əyalətində 16 dinc sakini öldürən ABŞ əsgərinin məhkəməsi davam edir.

ABŞ-da keçirilən prosesdə hazırda peyk vasitəsi ilə hadisənin şahidi olan əfqanlar ifadə verir.

Şənbə günü həmin insident vaxtı valideyinlərini itirmiş 3 uşaq ifadə verib.

Uşaqlar əsgərin evə soxularaq onlara atəş açdığını deyiblər.

ABŞ əsgəri Robeert Baylis bu ilin martında iki kəndə soxularaq dinc sakinləri atəşə tutub və nəticədə 16 dinc sakin ölüb.

Hələlik hadisənin motivi bəlli deyil.
Ona ölüm hökmü kəsilə bilər.
XS
SM
MD
LG